“Kiyevin cavabıdır” – Peskovdan PUA hücumuna reaksiyabackend

Kiyevin cavabıdır” - Peskovdan PUA hücumuna reaksiya

 “Bu, Kiyev rejiminin bizim bazar günü qərar qəbuletmə mərkəzlərindən birinə çox effektiv zərbələrimizə cavabıdır”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov  jurnalistlərə açıqlaması zamanı bildirib.

Peskov vurğulayıb ki, hucumla bağlı Prezident Putin dərhal məlumatlandırılıb:

“Putin Moskvada və regionda PUA-larla bağlı vəziyyətlə əlaqədar bütün məlumatları birbaşa alıb. Müdafiə Nazirliyi, mer Sobyanin və qubernator Vorobyov ona məruzə ediblər”.

Peskov deyib ki, hava hücumundan müdafiə sistemi və bütün xidmətlər yaxşı işləyib:

“Bu gün olan hücum xüsusi hərbi əməliyyatın zəruriliyini və məqsədlərinə çatdığını bir daha sübut edir”.

Qeyd edək ki, bu gün Ukrayna təyyarə tipli 8 pilotsuz uçuş aparatı ilə Moskvaya hücum etməyə cəhd edib. Bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb. PUA-ların hamısının zərərsizləşdirildiyi bildirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*