Kiyevin vacib infrastruktur obyektlərinə dronlarla zərbələr endirildibackend

Kiyevin vacib infrastruktur obyektlərinə dronlarla zərbələr endirildi

Rusiya ordusu bu gün səhər saatlarından etibarən “Şahed-136” kamikadze dronları vasitəsilə Ukrayna paytaxtına hücumlar təşkil edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, hücum paytaxtın vacib infrastruktur obyektlərinə qarşı həyata keçirilib.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popkonun bəyanatında isə bildirilir ki, paytaxt səmasında ümumilikdə 20 kamikadze-dron qeydə alınıb, onlardan 15-i uğurla zərərsizləşdirilib.

“Buna rəğmən, təəssüf ki, bir sıra vacib infrastruktur obyektlərinə zərbələrin endirilməsi də qeydə alınıb, aidiyyəti qurumlar nəticələrin aradan qaldırılması ilə məşğuldurlar”, – deyə Sergey Popko vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*