“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp “Atletiko”ya rəhbərlik edə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Mənbənin məlumatına görə, klub rəhbərliyi komandanın hazırkı baş məşqçisi, 2011-ci ildən kollektivə rəhbərlik edən Dieqo Simeonenin gedişi halında Kloppu əsas namizəd kimi seçib.
Klopp bu yay “Liverpul”dan ayrılıb.
13 turdan sonra “Atletiko” İspaniya La Liqasında 26 xalla üçüncüdür.
Məlik,
KONKRET.az