İyunun 15-də start götürəcək Klublararası dünya çempionatını ölkəmizdə yayımlayacaq kanal məlum olub.
KONKRET.az xəbər verir ki, ABŞ-da keçiriləcək çempionatı Azad Azərbaycan (ATV) kanalı yayımlayacaq.
Qeyd edək ki, turnirin ilk görüşündə Misir təmsilçisi “Əl-Əhli” “İnter Mayami” ilə qarşılaşacaq. Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Qrup mərhələsi iyunun 14-də başlayacaq və iyunun 26-da başa çatacaq. Pley-off isə iyunun 28-dən iyulun 9-dək davam edəcək. Final iyulun 13-ə planlaşdırılıb.