Kobaxidze Azərbaycanla sərhəddə baş verən insidentdən DANIŞDI: Məsələni araşdırdım və…backend

Kobaxidze Azərbaycanla sərhəddə baş verən insidentdən DANIŞDI: Məsələni araşdırdım və...

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan yük maşınlarının ölkə sərhədində saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

KONKRET.az bildirir ki, onun sözlərinə görə, bu məsələ ilə bağlı ciddi gecikmələr və ya insident qeydə alınmayıb.

“Mən məsələni araşdırdım və belə bir hadisənin baş vermədiyi məlum oldu. Bildiyim qədərilə yalnız bir yük avtomobili müəyyən səbəbə görə saxlanılıb. Bu, fərdi və texniki xarakterli məsələdir,” – deyə Kobaxidze Business Media nəşrinə açıqlamasında qeyd edib.

Baş nazir əlavə edib ki, Gürcüstan və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur və hər hansı mümkün çətinliklər yalnız qarşılıqlı anlaşma və dialoq yolu ilə həll oluna bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*