Koçaryan: “Rusiya zorla çıxarılsa, onun yerini Türkiyə tutacaq”backend

Koçaryan: "Rusiya zorla çıxarılsa, onun yerini Türkiyə tutacaq"

“Bu gün Ermənistanda hakimiyyət Aİ-ni yaxşı, Rusiyanı isə şər kimi təqdim edir. Baş verənlər Karib adaları ilə bağlı kitabçanı xatırladır: sən ora heç vaxt çatmayacaqsan, amma oralar çox gözəl görünür”.

KONKRET.az xəbər verir ki, bu sözləri  Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan üzvü Levon Koçaryan bildirib.

“Ermənistan hakimiyyəti hələ də bizim iqtisadiyyatımızın Rusiya ilə nə dərəcədə bağlı olduğunu anlamır. Başqa ölkələrin istənilən, hətta fövqəladə yardımı Rusiya Federasiyası ilə münasibətlərin pozulacağı təqdirdə yaranacaq boşluqları bağlaya bilməyəcək. Həqiqətən də respublikada çox ciddi iqtisadi problemlər yaranacaq. Tarixən Rusiya, Türkiyə və İran regionumuzda həmişə nüfuzlu oyunçular olub. Rusiya zorla çıxarılsa, onun yerini başqası tutacaq. Görünür bu ölkə Türkiyə olacaq. Əhalinin əksəriyyəti bunu başa düşür”, – deyə Levon Koçaryan bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*