Koçaryana yumurta atıb satqın adlandırdılar – Ermənistanda sular durulmurbackend

Koçaryana yumurta atıb satqın adlandırdılar - Ermənistanda sular durulmur

Ermənistan parlamentinin qarşısında hazırda aksiya keçirilir.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Dəmirçiyan küçəsində toplaşan etirazçılar deputatların ünvanına aşağılayıcı sözlər işlədirlər.

Aksiya iştirakçılarının əsas şüarı isə “Paşinyansız Ermənistan”dır.

Aksiya iştirakçıları arasında Serj Sərkisyanın Respublikaçılar Partiyasının təmsilçiləri də var.

Bir qədər əvvəl isə Mənim Addımım blokunun deputatı Andranik Koçaryana yumurta atılıb və ona “satqın” deyə qışqırıblar. Koçaryan isə özündən çıxıb, aksiya iştirakçılarından birinə “satqın sənin anandır” deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*