Koçaryandan gözlənilməz ADDIM: Şuşanın adını ilk dəfə düzgün səsləndirdi – VİDEObackend

Koçaryandan gözlənilməz ADDIM: Şuşanın adını ilk dəfə düzgün səsləndirdi - VİDEO

“Bu addımı atmaq, Şuşada İnaqurasiya mərasimi keçirmək lazım deyildi. Onlar başa düşürdülər ki, Şuşa çox həssas mövzudur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryan “Sputnik Ermənistan”, “RT” və “Ria Novosti” agentliklərinə müsahibəsində səsləndirib. Koçaryanın siyasi karyerası ərzində Azərbaycanın qədim şəhəri olan Şuşanın adını doğru səsləndirməsi diqqətdən yanınmayıb. Müsahibənin 16-cı dəqiqəsində bunu seçmək mümkündür.

Koçaryan fikirlərini belə davam etdirib: “Elə məsələlər var ki, onun üzərindən addım atmaq olmaz. Sən danışıqlar üçün kiçik də olsa  bir ümid yeri qoymalısan. Mən, məndən əvvəlki və sonrakı prezidentlər də alqış qazanmaq üçün bu cür edə bilərdi. Amma bunu etmədik. Çünki mövzunun həssaslığını və hər şeyin asan olmadığını başa düşürdük.

Ermənistanın sabiq prezidenti əlavə edib ki, müharibəni alovlandırmaq lazım deyildi. Əksinə danışıqlar prosesi üçün açıq qapı saxlamaq vacib idi.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*