Koçaryanın Azərbaycanla sərhədə gəlməsində iki vacib məqam: Qarabağ canisinin gizli PLANIbackend

Koçaryanın Azərbaycanla sərhədə gəlməsində iki vacib məqam: Qarabağ canisinin gizli PLANI

Qarabağ canisi Koçaryan Azərbaycanla sərhəd bölgəsində seçki təbliğatına start verib.

Robert Koçaryanın sərhəd bölgəsində seçki təbliğatı aparması ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən politoloq Tural İsmayılov maraqlı məqamlara toxunub. O bildirib ki, Koçaryanın Azərbaycanla sərhəd bölgəsinə səfərində diqqət çəkən iki nüans var:

1. Onun yanında keçmiş müdafiə naziri, Paşinyanın təqib etdirdiyi cani Seyran Ohanyan, KTMT-nin keçmiş rəhbərlərindən Yuri Xaçaturov (hansı ki Paşinyan tərəfindən ona cinayət işi qaldırılıb), Paşinyanı təhqir edən Saxatelyan və digərləri görünür.

2. Koçaryan vəd edib ki, seçkidə qalib gələrsə, o zaman Qafan aeroportu açılacaq. (Bu da seçkiyə hesablanmış boş vədlərdən biridir.

Nəticədə:

Koçaryan Paşinyana qarşı ən böyük müxaliflərin cəmləşdiyi Qafan, Zəngəzur və Mehridən seçkilərdə yüksək nəticə gözlədiyini açıq nümayiş etdirdi.

Robert Koçaryanın ölkədən oğurlanan milyardlarla pulla bağlı erməni xalqını aldatmaq cəhdləri müəyyən qism əhalidə effekt doğurur.

Belə görünür ki, 20 iyundan sonra Ermənistanda meydan döyüşləri baş verəcək.

Azərbaycan isə bütün ssenarilərə hazırdır və sərhədlərindəki hər hansı təxribatları adekvat cavablandıracaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*