Köçəryan həbsdən azad edilmək üçün 4 milyon dollar verib? – Pulun kim tərəfindən ödənildiyi açıqlanmırbackend

Köçəryan həbsdən azad edilmək üçün 4 milyon dollar verib? – Pulun kim tərəfindən ödənildiyi açıqlanmır

Ermənistanın sabiq prezidenti Robert Köçəryan 2 milyard dram (təxminən 4 milyon dollar) əmanət qoyduqdan sonra evə buraxılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı gazeta.ru saytı yayıb.

Mənbə bildirir ki, keçmiş prezident əməliyyatdan sonra müalicə aldığı İzmirlyan Tibb Mərkəzini tərk edərək evə gedib.

TASS-ın mətbuat xidmətindən verilən məlumata görə, Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğ cümə günü məhkəmənin depozit nömrəsinə ödənilib.

Qeyd edək ki, pulun hansı qurum, hansı şəxs kim tərəfindən ödənildiyi haqda informasiya verilmir.

Robert Köçəryan Ermənistan Respublikasının ikinci prezidentidir, 30 mart 1998-ci ildən 2008-ci il 9 aprelədək dövlət başçısı vəzifəsində çalışıb. O, 2008-ci ilin martında baş verən insidentə görə ittiham edilib. Köçəryan isə ittihamların uydurma siyasi təqib olduğunu düşünür.

Babək Göyüş                                                                                             

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*