“Paşinyanın Qərb kursu Ermənistan üçün arzuolunmaz nəticələrə səbəb olub”.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyalı politoloq, “Rusiya İttifaqı” hərəkatının həmtəsisçisi Aleksey Koçetkov bildirib. Onun un fikrincə, KTMT-nin Ermənistanla Azərbaycan arasındakı münaqişəyə qeyri-müəyyən reaksiyasına səbəb məhz Ermənistan hakimiyyətinin siyasəti olub. Ekspert hesab edir ki, KTMT rəhbərliyi Ermənistana birbaşa hərbi yardım göstərməkdən imtina edib, çünki artıq Qərblə sıx əlaqə saxlayan Nikol Paşinyanı məsuliyyətli tərəfdaşları sırasına daxil etmir: “Təşkilat Ukraynada hərbi xüsusi əməliyyat fonunda Türkiyə və Azərbaycanla açıq münaqişəyə girməyi lazım görmür”.
Koçetkovun fikrincə, Paşinyanın xarici siyasəti son bir neçə ayda Ermənistan üçün sadəcə olaraq “intihar” olub. “Rusiya Federasiyası ilə Qərb arasında kifayət qədər sərt qarşıdurma şəraitində rəsmi Yerevan son ana qədər iki stulda oturmağa çalışıb”, – deyə Rusiyalı politoloq vurğulayıb. O hesab edir ki, “Qarabağ münaqişəsi zamanı – 2020-ci ildə Moskva İrəvanı ciddi şəkildə dəstəkləyib. Buna sübut kimi Kremlin Ermənistan ordusunun məğlubiyyətinin qarşısını almaq üçün faktiki olaraq müharibəni dayandırmasını göstərmək olar. Paşinyan əvvəllər dəfələrlə Fransa sülhməramlılarının ölkəyə daxil olmasını arzulayıb. Siyasətçi hətta təsadüfən Putini “Fransa prezidenti” də adlandırıb.
Sevinc Paşayeva,
KONKRET.az