Köhnə dəmli çay xərçəng yaradırbackend

Köhnə dəmli çay xərçəng yaradır

Səhər açılar-açılmaz mətbəxə keçib çaydanı işə salmaq azərbaycanlıların adətidir. Amma çoxları bilmədən səhv edir: əvvəlki günün dəmli çayını ocağa qoyub yenidən qızdırır, bir stəkan da ondan içir. Halbuki bu görünməz təhlükə mənbəyidir.

KONKRET.az Milli.Az-a istinadən bildirir ki, mütəxəssislər xəbərdarlıq edirlər.

Çay dəmləndikdən sonra 30-45 dəqiqə ərzində içilməzsə, həm dadını itirir, həm də tərkibindəki faydalı maddələr oksidləşməyə başlayır. Oksidləşmə dediyin isə zərərli maddələrin yaranmasına zəmin yaradır. Ən qorxulusu – nitritlər. Bu toksik maddələr immun sistemi zəiflədir, mədə-bağırsaq problemləri yaradır, uzun müddət davam edərsə, xroniki xəstəliklərin də səbəbi ola bilər.

Yay aylarında isə məsələ daha da ciddiləşir. Açıqda qalan çay bakteriyaların sevimli məkanına çevrilir. İçirsən – bilmədən öz bədəninə zərər verirsən.

Qənaət üçün edilən bu sadə görünən vərdiş uzun müddətdə sağlamlığa baha başa gələ bilər. Odur ki, mütəxəssislər deyirlər: təzə dəm çay içmək həm dadlıdır, həm faydalı. Gecədən qalan çaya ümid bağlamaqdansa, hər dəfə az miqdarda, amma təzə dəm hazırlamaq daha doğru seçimdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*