Köklükdən əziyyət çəkənlər! – Mədəkiçiltmə əməliyyatına kimlər girə bilməz? backend

Köklükdən əziyyət çəkənlər! - Mədəkiçiltmə əməliyyatına kimlər girə bilməz? 

Piylənmə, çəkinin həddindən çox olması insanları əməliyyata qədər aparıb çıxarır.

KONKRET.AZ TurpKimi.com-a istinadla son zamanlar məşhurlaşan mədəkiçiltmə əməliyyatı haqda oxucuların bilməli olduqları vacib məlumatları təqdim edir:

Ümumi-bariatrik cərrah Kamran Rəfiyev mədəkiçiltmə əməliyyatı ilə bağlı bəzi məqamları “TurpKimi.com”la bölüşüb.

Mədəkiçiltmə əməliyyatını kimlərdə aparmaq olar?

– Mədəkiçiltmə əməliyyatı  təbii ki, hər pasiyent üzərində aparıla bilməz. İlk növbədə xəstənin yaşı önəmlidir. Ümumdünya Səhiyyə Təşkilatına görə  15-65 yaş arası insanlarda mədəkiçiltmə əməliyyatı aparıla bilər.

2-ci növbədə Bədən Kütlə İndeksi  (BKİ-Red.) əsas rol oynayır. BKİ 35-in üzərində olmalıdır. Həm də pasiyentdə  yanaşı xəstəliklər –  yüksək təzyiq, qaraciyər çatışmazlığı, 2-ci tip şəkərli diyabet varsa, qanda xolesterinin miqdarı artıqdırsa, bu zaman BKİ 35 yox, 32-nin üzərində olsa belə bu əməliyyat icra edilə bilər. Mədəkiçiltmə əməliyyatı zamanı mədənin 20-25 faizi saxlanılır, 75-80 faizi kəsib götürülür. Əməliyyatdan sonra  xəstələr istədiyi kiloya qədər düşə, yəni normal bədən kütlə indeksinə qayıda bilirlər.

Normal insanlarda  BKİ 19-25 arasıdır

Ekzogen xarakterli kökəlmə olduqda, yəni pasiyentin kilo alması sırf xaricdən qəbul olunan qidalanma hesabınadırsa, biz əməliyyat məsləhət görürük. Xəstə bizə müraciət edərkən ətraflı olaraq  sorğu-suala tutulur, əvvəlcədən diyetoloq yanında olubsa, fitneslə məşğul olubsa, kilo verə bilməyibsə və ya verdiyi kilolar bu prosedurları saxlayan kimi tez bir zamanda geri qayıdıbsa, o zaman əməliyyatı icra edirik. Yaş və BKİ çox önəmlidir.

Mədəkiçiltmə əməliyyatına kimlər girə bilməz?

BKİ 35-dən az olan, yanaşı xəstəlikləri olmayan şəxslərdə icra oluna bilməz. Bəzən bizə müraciət edən pasiyent bildirir ki, boyu 165 sm-dir, 70 kilodur, 65  kilo olmaq istəyir. Bu zaman təbii ki, əməliyyat risklidir.

Hər hansı bir psixoloji problemi olan xəstələrdə də bu əməliyyat icra olunmur.Hormonal, böyrəküstü vəzində  problemi olanlar kök olurlar. Xəstə bizə müraciət edərkən tam müayinə paketi yazılır. Müraciət edən şəxsin kökəlmə səbəbi tamamilə ekzogen xarakterlidirsə, yəni xaricdən alınan qidaya bağlıdırsa, əməliyyat məsləhət görürük.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*