Kolumbiya da Trampın qəzəbinə gəldi – Tariflər artdıbackend

Kolumbiya da Trampın qəzəbinə gəldi - Tariflər artdı

ABŞ hökuməti Kolumbiyadan idxala 25% həcmində ticarət rüsumları tətbiq edəcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth”sosial hesabında  yazıb: “Kolumbiyadan ABŞ-yə daxil olan bütün mallara tariflər 25 faiz artaraq  50 faizə qaldırılacaq”. Onun mesajında Kolumbiyaya da xəzinə, bank və maliyyə sanksiyalarının tətbiq ediləcəyi bildirilir. Bundan əlavə, Birləşmiş Ştatlar Kolumbiya rəsmilərinin və digər rəsmilərin ölkəyə girişinə məhdudiyyətlər, həmçinin “Kolumbiya hökumətinin tərəfdarları” üçün viza məhdudiyyətləri tətbiq edəcək. ABŞ prezidenti həmçinin milli təhlükəsizlik səbəbi ilə Kolumbiya vətəndaşları və yükləri üzərində sərhəd və gömrük nəzarətini gücləndirməyi əmr edib:

“Bu tədbirlər yalnız başlanğıcdır. Biz Kolumbiya hökumətinin qovduqları cinayətkarları qəbul edib geri qaytarmaq üçün qanuni öhdəliklərini pozmasına icazə verməyəcəyik”, – deyə Tramp bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*