Kommunal və ev kirayəsini ödəməyənlər həbs olunacaq — Bu ölkədəbackend

Kommunal və ev kirayəsini ödəməyənlər həbs olunacaq — Bu ölkədə 

Mənzil və kompleks yaşayış yerlərində rüsumların ödənilməsi ümumi ərazinin saxlanmasından tutmuş mühafizəyə qədər geniş spektrli xərclərin ödənilməsi üçün çox vacibdir. Lakin bu ödənişlərə laqeyd yanaşmaq qonşular arasında iğtişaş yaratmaqla yanaşı, həm də ciddi hüquqi nəticələrə gətirib çıxarır. Üstəlik, bu öhdəlik hər kəsə aiddir, istər ev sahibi, istərsə də kirayəçi.

KONKRET.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, ödənişlərini və kammunal borclarını vaxtında ödəməyən əmlak sahibləri və ya kirayəçilərin üzləşdiyi ilk cəza gecikmədir.

Türkiyədə Mülkiyyət Qanununa əsasən, ödənilməmiş hər ay üçün 5% faiz hesablanır. Bu nisbət hətta kiçik miqdarların da sürətlə çoxalmasına səbəb ola bilər.

Əgər borc hələ də ödənilməyibsə, məsələ məhkəməyə verilir. Məhkəmə prosesi zamanı borclu təkcə faizlərlə deyil, həm də məhkəmə xərcləri və vəkil haqqı ilə yüklənir. Bəzi müstəsna hallarda əmlakın satışına da baxıla bilər. Bu zaman borc hətta fərdin mülkiyyət hüququnu da təhdid edə bilər.

Mütəxəssislər rüsum borcunun vacibliyini vurğulayır və bu xəbərdarlığı edib: “Ödənişlərin kredit kartı və ya kredit borcu kimi ciddi nəticələri ola bilər. Gecikmələr maliyyə yükünü artırır, məhkəmə prosesləri başlayır və hətta əmlakınız risk altında olmaqla yanaşı həbsə düşmə mərhələsinə qədər gedib çıxa bilər”.

 

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*