Kondisionerdən istifadə bu fəsadlara yol aça bilər – XƏBƏRDARLIQbackend

Kondisionerdən istifadə bu fəsadlara yol aça bilər - XƏBƏRDARLIQ

Yay aylarında kondisionerlərdən geniş istifadə edilməsi bəzi sağlamlıq problemlərinə yol aça bilər. Maraqlıdır, kondisioner istifadəsi və temperatur dəyişiklikləri baş ağrısına səbəb ola bilərmi?

Bu barədə KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, xüsusilə temperatur dəyişiklikləri və kondisionerlərin təmiz saxlanılmaması baş ağrılarının yaranmasına səbəb ola bilər.

Kondisionerdən istifadə edərkən bu qaydaları unutmayın, əks halda… -  XƏBƏRDARLIQ | KONKRET

Onun sözlərinə görə, kondisionerlərin ayda ən azı bir dəfə təmizlənməsi vacibdir:

“Çünki kondisioner çirkli olduqda dövriyyədə olan hava da çirkli olur. Bu da təkcə baş ağrısı ilə yox, eyni zamanda pnevmoniya və soyuqdəymə halları ilə nəticələnə bilər”, – deyə həkim bildirib.

Günay Lətifova qeyd edib ki, orqanizmin isti-soyuq arasında ani keçidlərə məruz qalması qan dövranının pozulmasına səbəb olur:

“Qan dövranı pozulduqda isə ilk zərərçəkən orqan beyindir. Havanın həddindən artıq isti keçməsi də arterial təzyiqin dəyişməsinə və nəticədə baş ağrılarına gətirib çıxarır”.

Həkim tövsiyə edir ki, insanlar çox isti mühitdən dərhal soyuq şəraitə, yaxud əksinə keçməsinlər:

“Bu cür ani keçidlər bədənin temperatur balansını pozur, qan damar sisteminə zərər verir və baş ağrılarına yol açır”, – deyə terapevt vurğulayıb.

Sonda isə Günay Lətifova əlavə edib ki, hər hansı narahatlıq yaranarsa, insanlar özbaşına dərman qəbul etməməli, mütləq həkimlə məsləhətləşməlidirlər. Baş ağrısı günvurma nəticəsində də meydana çıxa bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*