Konqo Demokratik Respublikasının şimal-şərqindəki Şimali Kivu əyalətinin Beni şəhərindəki kafedə bomba partladılıb.
KONKRET.az bu barədə “Associated Press”ə istinadən məlumat verir.
Məlumata görə, insanlar axşam saatlarında restorana toplaşaraq katoliklərin Milad bayramını qeyd ediblər.
Xəsarət alanların sayı məlum deyil, dağıntıların miqyası dəqiqləşdirilir.
Partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib.