Konstantin Zatulin: “Paşinyan 2,5 ildə ancaq siyasi rəqiblərindən intiqam almağa çalışdı”backend

Konstantin Zatulin: "Paşinyan 2,5 ildə ancaq siyasi rəqiblərindən intiqam almağa çalışdı"

 

“Vaxt keçdikcə ikinci Qarabağ  müharibəsi zamanı Ermənistan hakimiyyətinin axmaqlığı və səriştəsizliyi məlum olur”.

KONKRET.az xəbər veriri ki, bu fikirləri Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Moskovskiy komsomolets”in suallarını cavablandırarkən deyib. O əlavə edib ki, “Paşinyanın son 2,5 ildə sıxışdırdığı Ermənistandakı müxalifət onu xəyanətdə günahlandıraraq intiqam almağa çalışır. Ermənistan Baş nazirinin bəzi müxalifləri onu hətta Qarabağı təslim etmək üçün Azərbaycan və Türkiyə ilə separat danışıqda günahlandırır. Xüsusilə, opponentləri onu Qarabağda nizami ordunun yoxluğunda, müharibədə əsasən könüllülərin vuruşmasında, müdafiə xəttindəki çoxsaylı boşluqlarla və ordu üçün daha çox keyfiyyətsiz silahların alınmasında ittiham edir”.

Zatulin onu da deyib ki, ”Paşinyan siyasi rəqiblərinə deyir ki, “xalqın kədərindən istifadə edərək yenidən hakimiyyətə qayıtmaq istəyirsiniz. Müharibədəki məğlubiyyət üçün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Amma məğlubiyyətin günahkarları arasında əvvəlki siyasi hakimiyyətin də böyük ölçüdə payı var”. Diqqəti cəlb edən məqam budur ki, MDB ölkələri başçılarının son Zirvə toplantısında Azərbaycan prezidenti də “müharibə zamanı təkcə Paşinyan ordusuna deyil, onun sələflərinin ordusuna qarşı qələbə qazandığını” söylədi. Yəni ordunu gücləndirmək təkcə Paşinyanın vəzifəsi deyildi. Köçəryan-Sarkisyan cütlüyünün də bu məsuliyyətdə payı var. Ancaq indi bunun fərqinə varan yoxdur. Ermənistanda qarşıdurma getdikcə  böyüyür və Baş nazirin Yeni ilə qədər postunda qalacağı məlum deyil”.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*