Konstitusiya Məhkəməsinin sədri cinsi təcavüz qalmaqalı səbəbindən istefa verdibackend

Konstitusiya Məhkəməsinin sədri cinsi təcavüz qalmaqalı səbəbindən istefa verdi

Monqolustan Konstitusiya Məhkəməsinin sədri Dorj Odbayar vəzifəsindən istefa verib. Noyabrın 21-də xarici səfərdən qayıtdıqdan sonra Odbayarın məsələsi Konstitusiya Məhkəməsinin iclasında müzakirə olunacaq.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun xəbərinə görə, 52 yaşlı Dorj Odbayar oktyabrın 31-də İnçhona uçarkən Koreya Hava Yollarının stüardessasına qarşı cinsi təcavüz etməkdə günahlandırılır.

Koreyada təyyarədən düşərkən həbs edilən Odbayar daha sonra məhkəməyə 6 min dollar ödəyərək Monqolustana qayıtmışdı.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Xatırladaq ki, Monqolustan Konstitusiya Məhkəməsinin sədri Dorj Odbayar və şəxsiyyəti açıqlanmayan yoldaşı, Korean Air stüardessalarına cinsi təcavüz etməkdə ittiham olunurdu.

Hadisə oktyabrın 31-də axşam saat 8-də Ulan Batordan İnçhon şəhərinə uçan KE868 reysində baş vermişdi. Yerli mediaya görə, Odbayar alkoqolun təsiri altında stüardessanın yumşaq yerinə şillə vurmuş, 40 yaşlı həmkarı isə qollarını başqa bir stüardessanı çiyninə dolamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*