Konsulla bağlı hökumətin qərarı düzdür – Kalaşnikovbackend

Konsulla bağlı hökumətin qərarı düzdür - Kalaşnikov

Diplomatların ev sahibliyi etdikləri ölkədə cinayət törətdikləri hallarda qovulması standart bir təcrübədir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

Kalaşnikov Rusiya hökumətinin qərarının düz olduğunu vurğulayıb:

“Onlar qadağan edilmiş bir şeylə yaxalanmış olmalıdılar”.

Qeyd edək ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti Peterburqda Ukrayna konsulu Aleksandr Sosonyuku saxlayıb. Sosonyuk hüquq-mühafizə orqanlarının məlumat bazasından qapalı informasiya əldə etməkdə ittiham edilib.
Saxlanma Sosonyukun Rusiya vətəndaşı ilə görüşü zamanı gerçəkləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*