Hindistanın Kerala əyaləti sahillərində Sinqapur bayrağı altında üzən konteyner gəmisində partlayış baş verib.
KONKRET.az xəbər verir ki, gəminin göyərtəsində olan 5 dənizçi yaralanıb, 4 nəfər itkin düşüb.
Məlumata görə, gəmi Kolombodan (Şri-Lanka) Mumbay limanına doğru gedirmiş və oraya iyunun 10-da çatmalı idi. Konteyner gəmisi Koçin limanından keçərkən göyərtəsində partlayış baş verib, daha sonra yanğın başlayıb.
Ümumilikdə, gəmidə 22 ekipaj üzvü olub. Partlayışın səbəbi və konteyner gəmisinə dəyən zərərin həcmi hələlik dəqiqləşdirilməyib.
Orada hansı yükün olduğu da hələlik məlum deyil.
Hadisə yerinə Hindistan Sahil Mühafizəsi və Hindistan Hərbi Dəniz Qüvvələri göndərilib.