Güclü meteorizmi və həzm problemi olanlara bəzi qidaların qəbulu tövsiyə edilmir.
KONKRET.az xəbər verir ki, həkim və alimlərin tərtib etdiyi siyahıya görə, bu qidalar nazik bağırsaqda zəif sovrulur, artıq qaz əmələ gətirir və qıcıqlanmış bağırsaq sindromu olanlarda narahatlıq yarada bilər.
Qadağa siyahısına soğan, brüssel kələmi, ağ kələm, noxud, lobya, gül kələmi, buğdadan hazırlanmış un məmulatları, brokoli, banan, kök, üzüm, kərəviz, soya, yulaf, əncir, şaftalı və naringi daxildir.
Mütəxəssislər bildirirlər ki, bu qidalar FODMAP adlanan qrupa aid olub, həzm sistemində qaz yığılmasını artırır və şişkinliyə səbəb olur.