Köpəkbalığı onunla şəkil çəkdirmək istəyən qadının hər iki qolunu yedibackend

Köpəkbalığı onunla şəkil çəkdirmək istəyən qadının hər iki qolunu yedi

Turks və Kaykos adalarında üzərkən iki metrlik köpəkbalığı ilə foto çəkdirməyə cəhd edən kanadalı turist hücuma məruz qalıb. Köpəkbalığı kanadalının hər iki qolunu yeyib.

KONKRET.az xəbər verir ki, bu barədə Turks və Kaykosun Ətraf Mühit və Sahil Ehtiyatları Departamentinin açıqlamasında bildirilib.

Rəsmi şəxslərin “Daily Telegraph” nəşrinə verdiyi məlumata görə, 55 yaşlı qadın 7 fevralda arxipelaqın əsas adası Providensialisin sahillərində şnorkellə üzərkən dayaz sularda şəkil çəkmək məqsədilə heyvanla təmas qurmağa cəhd göstərib.

Turks və Kaykosda hadisənin baş verdiyi çimərlik müvəqqəti bağlansa da, 9 fevralda yenidən açılıb.

Florida Universitetinin Beynəlxalq Köpəkbalığı Hücumları Qeydiyyat Sisteminin məlumatına əsasən, ötən il dünyada ümumilikdə 88 köpəkbalığı hücumu qeydə alınıb ki, bunlardan 24-ü insanların köpəkbalıqlarını qıcıqlandırması nəticəsində baş verib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*