Koreya yarımadasında baş verənlərə Pxenyan münasibət bildirməyibbackend

Koreya yarımadasında baş verənlərə Pxenyan münasibət bildirməyib

Cənubi Koreyanın müxalifət partiyasının lideri Li Jae-Myunqun bildirib ki,  hərbi vəziyyətin yaradılması Şimali Koreyanı müharibəyə  təhrik edə bilər. 

KONKRET.az Yonhap xəbər agentliyinə istinadən xəbər verir ki, Şimali Koreyanı təxribata çəkməsi, sərhəd xətti boyunca vəziyyəti qeyri-stabilləşdirmə cəhdləri  silahlı toqquşmalara səbəb ola bilər. Dekabrın 3-də Cənubi Koreya prezidenti Yoon Seok-yeol “Şimali Koreya tərəfdarı olan qüvvələrlə” mübarizə aparmaq üçün hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Pxenyan hələ yarımadanın cənubunda baş verən hadisələri şərh etməyib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*