Koreya yarımadasında müharibə təhlükəsi reallaşdıbackend

Koreya yarımadasında müharibə təhlükəsi reallaşdı

Şimali Koreya yanvarın 5-də səhər saatlarında qərb sahillərindəki sulara 200-ə yaxın artilleriya mərmisi atıb.

KONKRET.az “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, 2018-ci il Koreyalararası hərbi müqavilənin noyabr ayında ləğv edilməsindən sonra Seul bunu ən son zərbə adlandırıb. Birləşmiş qərargah rəisləri artilleriya hücumlarının Çanqsan və Densan burnundan həyata keçirildiyini bildirib. Mərmilər Sarı dənizdə Şimal Sərhəd Xəttinin bufer zonasına düşüb. Bufer zonası sərhəddə gərginliyi azaltmaq üçün 2018-ci il sentyabrın 19-da imzalanmış Koreyalararası hərbi sazişə əsasən yaradılıb.

Yanvarın 5-də Cənubi Koreya ilə sərhəddə yerləşən Yeonpyonqdo adasının sakinlərini evakuasiya etmək üçün göstəriş verilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*