Koronavirus erməni ordusuna “hücum etdi” – 3 hərbçi xəstələndibackend

Koronavirus erməni ordusuna “hücum etdi” – 3 hərbçi xəstələndi

Müqavilə ilə xidmət edən 3 erməni hərbçisindən koronavirus testi götürülüb. Buna səbəb onlardan birinin ailə üzvündə pandemiyanın tapılmasıdır.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri özünün Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan yazıb.

Onun sözlərinə görə, hər üç hərbçi döyüş tapşırıqlarında iştirak etməyib: “Hazırda onlarla yaxın təmasda olanlar təcrid olunub, digərləri də özünü təcrid etməyə göndərilib”.

Mənbə bildirir ki, fevralın 25-dən etibarən hərbi hissələrdə çağırışçılarla görüşlər qadağan edilib, tətillər qeyri-müəyyən vaxtadək ləğv edilib, lakin bu məhdudiyyətlər hərbi hissələrdə xidmət edən mülki şəxslərə şamil edilməyib.

Qeyd edək ki, martın 16-dan aprelin 14-dək Ermənistanda fövqəladə vəziyyət rejimi qüvvədədir. Təhsil müəssisələri bağlanıb, ictimai tədbirlər qadağan edilib, ölkəyə giriş-çıxış məhdudlaşdırılıb.

Martın 24-dən etibarən yeni məhdudiyyətlər tətbiq olunub. Müəssisə və təşkilatların işi dayandırılıb. Ərzaq mağazaları, banklar və apteklər isə fəaliyyətlərini davam etdirir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*