Koronavirus İspaniyada bir milyondan çox insanı işsiz qoydubackend

Koronavirus İspaniyada bir milyondan çox insanı işsiz qoydu 

İspaniyada Milli Statistika İnstitutu tərəfindən aparılan aktiv sorğuya əsasən, koronavirus pandemiyası səbəbiylə ölkədə bir milyondan çox insan işsiz qalıb.

KONKRET.az xəbər verir ki, bu məlumatlara görə, İspaniyadakı epidemioloji vəziyyətin ağırlaşmasından ən çox xidmət sahəsi zərər çəkib və işləyən qadınların sayı da azalıb.

Artıq Kataloniya, Madrid, Andalusiya və Kastilya-La Mançada işsizliklə əlaqədar çətin bir vəziyyət yaranır.

İspaniyada COVID-19 pandemiyası başlayandan bəri, demək olar ki, 326 min yoluxma hadisəsi müəyyən edilib, 28,5 min xəstə ölüb.

Babək Göyüş

KONKRET.az

  • Kammran
    İyul 28, 2020 - 18:50

    İşsizlik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*