Məşhur astrofizik: koronavirus kosmosdan gəlibbackend

Məşhur astrofizik: koronavirus kosmosdan gəlib

Koronavirusun mənşəyini izah etmək üçün bəzi elm adamları bu orqanizmin təbii mənşəli ənənəvi variantından kənara çıxırlar. Artıq bakterioloji silah yaradan laboratoriyalardan koronavirusun “sızması” barədə “sui-qəsd nəzəriyyələri” çatışmır. Yeni versiya kosmosdur. Bizim bədbəxtliyimiz guya oradan gəlib – Şri Lanka adasında dünyaya gələn ingilis alim belə düşünür.

KONKRET.az xəbər verir ki, bu haqda informasiya İspaniyanın ABC nəşrində yer alıb.

Mənbə bildirir ki, kosmosdan həyatın yaranması nəzəriyyəsinin tanınmış tərəfdarı Chandra Vikramasinghe iddia edir ki, 2019-cu ilin oktyabrında Çin üzərindən uçan kometa Yer kürəsinə yeni bir virus gətirib.

Son həftələrdə mediada yalnız Çindən gələn yeni bir koronavirus haqqında danışılır. Bu müddət ərzində pandemiyanın başlanmasını izah etmək üçün bir çox nəzəriyyə ortaya çıxdı – ilanlardan və yarasalardan Uxandakı gizli laboratoriyalara qədər. İndi yeni bir nəzəriyyə sosial şəbəkələrdə aktiv şəkildə müzakirə olunur: Dünyada təxminən 200 min insana (İspaniyada 13 mindən çox insan) yoluxmuş bir virus kosmosdan gəlmiş ola bilər.

Məşhur astrofizik Chandra Vikramasinghe pansmermiya nəzəriyyəsini (həyatın meteoritdən Yerə mümkün köçürülməsi hipotezi) fəal şəkildə dəstəkləyir. Onun özü Şri Lankanın günəşli adasından dumanlı Albiona gələn ingilis astrofizikdir. Belə ki, bir neçə gün əvvəl o, virusun bir meteoritdə ola biləcəyini və daha sonra 2019-cu ilin oktyabrında onun parçalarından biri vasitəsilə Çinə çatdırıldığını deyib.

Astrofiziklərin arqumentləri bununla məhdudlaşmır. Chandra Vikramasinghe  əvvəllər başqa kosmik obyektlərin də Yerə viruslar gətirdiyini qeyd edib. Meteoritin haraya düşməsindən asılı olmayaraq yaxınlıqdakı xəstəliklərin, məsələn, 21-ci əsrin əvvəllərində planetin minlərlə insanının həyatını itirməsinə səbəb olan kəskin tənəffüs sindromu (SARS) var.

 

Buna dair bir həqiqət varmı?

 

Əslində bu nəzəriyyə yeni deyil. 1970-ci illərə qədər Chandra Vikramasinge özü ingilis astronomu Fred Hoyle ilə birlikdə “Kosmosdan gələn xəstəliklər” kitabının müəllifidir. Orada elm adamları, hətta qripin də yerdənkənar mənşəli olduğunu iddia edirlər. Buna baxmayaraq, elmi ictimaiyyət illərdir Chandra Vikramasinghenin hər hansı bir xəstəliyin kosmosdan Yerə gələ biləcəyi ilə bağlı dəlillərini təkzib edib.

NASA-da “Astrobioloqdan soruş” proqramının aparıcısı Graham Launun space.com saytında yazdığı məqalədə deyilir: “Virus bu qədər uzaq yol gələrək kosmik radiasiyanı yaşaya, atmosfer üzərindən uçarkən və düşərkən temperatur şokundan canını qurtara bilməz. Yerə düşdükdən sonra isə onun insanları yoluxdurmaq imkanı yalnız fantaziyaya bənzəyir”.

“Ancaq kəşf nə qədər bənzərsiz və inanılmaz olsa da, Chandra Vikramasinghe öz ifadəsini dəstəkləmək üçün inandırıcı dəlil təqdim edə bilmədi” dedi Graham Lau.

“Bu maraqlı bir fikir olmasına baxmayaraq, indi onu nominal dəyərində götürmək üçün heç bir səbəbimiz yoxdur”.

Graham Lau izah edir ki, elmi ictimaiyyət üçün aydın dəlillərə güvənməyən “yalançılığı” müəyyənləşdirmək vacibdir. Bundan əlavə, SARS-CoV-2 adlanan yeni koronavirus haqqında hazırda bildiyimiz hər şey digər yerüstü viruslar haqqında bilgilərimizə uyğundur. Başqa sözlə, bu, digər yerüstü viruslara çox bənzəyir.

“Əgər həyatda bildiyimiz formada fərqlənən başqa bir biomolekula olsaydı, onda virusun yerdənkənar mənşəli bir versiyasını nəzərdən keçirmək üçün bir fürsət olardı. Eyni zamanda, bunun “yür kürəsində izahatları” olacaqdı” dedi Graham Lau.

 

Panspermiya nəzəriyyəsi

 

Chandra Vikramasinghenin açıqlaması, 19-cu əsrin sonlarında ortaya çıxan panspermiya nəzəriyyəsi ilə əlaqədardır, buna görə Yer kürəsində canlılar kosmosdan gələn mikroorqanizmlərdən və bioloji materialdan yaranmışdır. Nəzəri cəhətdən bu, belə ola bilər, ancaq elm adamları hələ bunu təsdiqləyən bir sübut tapmayıblar. Bu fərziyyəyə görə, meteoritin və ya kometanın qalınlığı ilə kosmik radiasiyadan qorunan biomateriallar bir növ letargiya vəziyyətində Yerə çatır.

Bəzi tədqiqatçıların fikrincə, bu nəzəriyyənin dəlili amin turşuları kimi üzvi molekulların əvvəlki meteoritlərdən çıxarılan süxurlar içərisində kəşf edilməsidir. “Lakin, nəzəri ehtimala baxmayaraq, yeni koronavirusun kosmosdan gəldiyinə dair etibarlı bir dəlil yoxdur” dedi Graham Lau.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*