Koronavirus: Küçələri boş qalan Barselona –  Drondan çəkilən VİDEObackend

Koronavirus: Küçələri boş qalan Barselona -  Drondan çəkilən VİDEO

İspaniyanın Barselona şəhəri həyatın hər zaman sürətlə inkişaf etdiyi bir şəhərdir. Ancaq indi yox, belə deyil.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Euronews telekanalı yayıb.

Kataloniya polisi küçələri tamamilə boş qalan şəhərin drondan çəkilən görüntülərini yayımlayıb.

Polis karantinə riayət etdiklərinə görə bölgə sakinlərinə təşəkkür edib: “Evdə qaldığınız üçün hər birinizə sağ olun deyirik”.

İndi İspaniya koronavirusa yoluxanların sayına görə Avropa ölkələri arasında birinci yerdədir: 130 mindən çox insan. Lakin dördüncü gündür ki, ölənlərin sayı azalmaqdadır.

İspaniyada karantin mart ayının ortalarında tətbiq edilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*