Koronavirus peyvəndini ilk kim tapacaq: Çin, ABŞ, Rusiya və ya AB? – İspan mediası yazırbackend

Koronavirus peyvəndini ilk kim tapacaq: Çin, ABŞ, Rusiya və ya AB? – İspan mediası yazır

Koronavirus peyvəndini ilk tapan kim olacaq – Çin, ABŞ, Rusiya və ya AB? Bu suala cavab verən İspaniyanın “El Mundo” nəşrinin əməkdaşı Xorxe Benitez yarış iştirakçılarının hər birinin güclü və zəif tərəflərini qiymətləndirir. Eyni zamanda, o, Rusiya Federasiyası və ÇXR-in Qərbdən gələn “mənəvi geriliyi” mifinə inanır və bu yarışdan canlı çıxmaq üçün onlarla əməkdaşlığı təsəvvür edə bilmir. Bununla yanaşı, məqalədə qeyd olunur ki, düzgün sınaqdan keçirilməmiş bir peyvənd virusun özündən də daha pis ola bilər.

El Mundo (İspaniya): Koronavirus peyvəndi üçün böyük güclərin mübarizəsi

Tarix boyu insan həmişə qaçır. Karvanlarla qaçış, okeanı adlamaq, yeni ticarət yolları açmaq. Faydalı qazıntıları və nefti axtarmaq üçün aşağı qaçmaq. Göy və ulduzları araşdırmaq üçün göyə qaçmaq. Ancaq indi insan iqtisadiyyatı iflic edən, planetin sakinlərini öldürən qlobal bir pandemiyaya son qoyacaq bir dərman tapmaq üçün yarışır.

Kovid-19-un səhiyyə sisteminə, iqtisadiyyata və cəmiyyətə təsiri milyonlarla insanın həyatına təsir edəcək və bunun nəticələri bir neçə il ərzində hiss ediləcəkdir. Buna görə indi tibb elmi dünya güclərinin ticarəti və ordusu kimi geosiyasi bir kozıra çevrilib.

Koronavirusu müalicə edə bilən bir peyvənd yaratmaq ümumdünya kosmos yarışına çox oxşayır. Hər bir ölkə öz sistemi və idealları uğrunda mübarizə aparır. Əgər 60-cı illərdə ABŞ və SSRİ-nin təmsil etdiyi kapitalist və sosialist sistemlər müvafiq olaraq kosmik tədqiqat üçün mübarizə aparırdılarsa, 2020-ci ildə növbə Çin, ABŞ, Avropa və Rusiyanındır. Bu ölkələr hazırda pandemiya üzərində erkən qələbə uğrunda yarışda güclərini sınayacaqlar. Bu problemi həll edə biləcək hər kəs tarixdən kiçik deyil, yağlı bir “beş” alacaq.

Yalnız miqyas dəyişdi. Əvvəllər ay və sonsuz boşluq haqqında danışırdıqsa, indi virusun gizlətdiyi mikroskopik sirlər barədə söz açırıq.

“Geosiyasətin məqsədi daxili və xarici aləm arasındakı əlaqəni göstərməkdir”. Beynəlxalq və Strateji Araşdırmalar Kral İnstitutunun aparıcı mütəxəssisi Félix Arteaga izah edir. “Covid-19” a qarşı vaksin yaratmaq mübarizəsi xarici siyasətin elementinə çevrilib. Bu vəziyyətdə hər bir ölkə vətəndaşlarını vəba xəstəliyindən qorumağa çalışır, bu daxili bir aspektdir. Xarici aspekt isə dünyaya başqalarına kömək etmək bacarığını göstərməkdir.”

Peyvənd dövlətlər arasındakı mübarizənin simvoludur. Ancaq ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Faucinin sözlərinə görə, o, bir ildən sonra tez görünməyəcək. Yalnız Amerika və ya Avropa kimi sərt nəzarətlə üzləşməyən Çinin dərman sənayesi daha əvvəl bizi təəccübləndirə bilər.

İndi peyvəndlərin hazırlanmasında iştirak edən bütün dövlətlər vaxtı azaltmağa çalışırlar. Avropa və Amerikanın tənzimləmə müəssisələri, Avropa Dərman Vasitələri Agentliyi, Dərman və Qida məhsullarının keyfiyəti üzrə İdarəsi – bunların hamısı bir ağızdan prosesi necə sürətləndirəcəyini açıqladılar. Bunun təhlükəsizlik protokollarının zəifləməsinə səbəb olmayacağını da dedilər.

Cümə günü aprelin 10-da İspaniyanın Elm naziri Pedro Duque bəyan etdi ki, bu vəziyyətdə hər kəs patent hüquqlarını tənzimləyən qaydalara əməl etmədən  peyvəndi ən qısa müddətdə tapmalıdır.

Bu yarışda sürətin vaxtında və kəskin artması ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, düzgün sınaqdan keçirilməmiş bir peyvənd virusun özündən də daha pis ola bilər.

Klinik sınaqlar önümüzdəki aylarda yayımlanacaq, amma buna baxmayaraq ən vacib vəzifə peyvəndin kütləvi istehsalı olacaqdır.

“Çin Huawei şirkətinin bir əczaçılıq analoqunu yaratmaq istəyir” deyən Arteaga Apple kimi qlobalist korporasiyalarla rəqabət aparan ilk Çin texnologiya şirkətinə istinad edib.

Asiya dövləti tibbi araşdırmalarda irəliləyişlər əldə etməyə müvəffəq olarsa, beynəlxalq birliyin rəhbəri olmaq üçün unikal bir fürsət əldə edəcəkdir.

Çin onsuz da kifayət qədər iqtisadi resurslara malikdir və elmi nəşrlərin sayına görə liderdir. Ancaq onun aparıcı Qərb laboratoriyaları ilə rəqabət aparması çətindir. Arteaga belə bir nəticəyə gəlib: “Çin effektiv bir peyvənd yaradarsa, tamamilə müstəqil olacaqdır.”

Avropa Parlamentinin sosialist  üzvü Xavyer Lopesin sözlərinə görə, Çin bu geosiyasi mübarizədə Trampın təcrid siyasətinə görə ABŞ-ın buraxdığı nəhəng boşluqdan faydalanacaq. Beləliklə, Səma İmperiyası əvvəllər Şimali Atlantika Alyansının sahib olduğu qlobal sistemin yeni formasını yaradacaq.

Vəziyyəti təhlil edərək o, qeyd edir ki, koronavirusla mübarizənin effektivliyi bir neçə onilliklərdir bir model olaraq davam edən Qərb həyat tərzi modelini tədricən dayandıra bilər.

Çinin başqa bir üstünlüyü zamandır. Axı o, hamıdan əvvəl bu yarışda iştirak etməyə başladı, çünki Uhan koronavirusun göründüyü bir şəhər idi. Bu gün Çin virusun yayılmasının öhdəsindən gələ bildi, vətəndaş nəzarəti sistemini daha da inkişaf etdirdi və indi özünü dünyanın xilaskarı elan edir, hətta dərman və həkimlərini də Qərb ölkələrinə göndərir.

Arteaga hesab edir ki, bütün bu tədbirlər elə-belə həyata keçirilmir. “Bu strategiya daxili siyasətə hazırlanmışdır. Çinlilər ölkədə həqiqətən nələrin baş verdiyini, həqiqi vəziyyətin hökumətin yaydığı mübahisəli məlumatlardan nə ilə fərqləndiyini bilirlər. Buna görə də bu cür tədbirlər təbliğat kimi istifadə olunur. Çinlilər Romaya gələn təyyarələrdə bayraqlarını görəndə, hakimiyyətin öz işini yaxşı gördüyünü düşünürlər. Böhranın əvvəlindəki səhvləri unudurlar” deyib.

Hərbi geostrategiya mütəxəssisi və bu mövzuda çox sayda satılan kitabların müəllifi Pedro Baños Çinin son iyirmi il ərzində qazandığı əhəmiyyətli elmi və texnoloji nailiyyətlərə borclu olduğunu düşünür.

“Əvvəllər hər şeyi kopyalayırdılar, indi isə bütün ixtiraların yarısına patent verirlər. Çin universitetləri dünyanın ən çox elmi məqalələrini dərc edirlər. Buna baxmayaraq, hazırda böhran içində olan ABŞ Çinin lider mövqe tutmasının qarşısını almaq üçün əlindən gələni edəcək. “

Dünyanın ən demokratik, ən güclü ölkəsi sayılan və bu yarışda Çinin əsas rəqibi olan ABŞ haqda danışaq. Amerika artıq Pekin və Vaşinqtonun illərlə apardıqları geostrateji müharibədə nəyə qadir olduğunu göstərdi. İndi pandemiya səbəbindən bu mübarizə yalnız şiddətləndi. Prezident Donald Tramp bir neçə həftə əvvəl Asiya dövlətinin təbliğatına cavab olaraq koronavirusu “Çin virusu” adlandırdı.

Bu gün ABŞ yoluxmuş insanların sayına görə liderdir, buna görə də İkinci Dünya Müharibəsinin sonundan bəri görünməmiş bir iqtisadi stimullaşdırma planını həyata keçirmək qərarına gəldilər. Tibbi araşdırmanı dəstəkləmək üçün dövlət vəsaitlərindən istifadə orta müddətli bir tədbirdir. Bunun sübutu hökumətin iqtisadiyyatı tamamilə dayandırmaq istəməməsidir, çünki bu görünməmiş böhrana səbəb ola bilər. ABŞ əvvəlcə problemin ciddiliyini təkzib etsə də, dünyanın ən yaxşı tədqiqat mərkəzlərinin və universitetlərinin orada olduğunu unutmamalıyıq. Bundan əlavə, onlar yenə də beynəlxalq nüfuzlarını saxlayırlar. Dünyadakı generiklərin əsas istehsalçısı olan Hindistanın, Ağ Evdən gizli bir təhdiddən sonra parasetamol və hidroksikloroxin ilə xarici ticarət qadağasını ləğv etməsini xatırlatmaq kifayətdir.

Yarışın digər vacib iştirakçısı Avropa Birliyidir. Bir çox Avropa ölkəsinin, o cümlədən İspaniyanın acınacaqlı vəziyyəti Avropanın böhrana nə qədər yavaş reaksiya verdiyinə şübhə yaradır. Ancaq bir rifah dövlətinin əsası olan səhiyyə sisteminə edilən böyük təzyiqlərə baxmayaraq, bu batmış sistem hələ də əksər Avropa vətəndaşlarına kömək edə bilir.

Peyvəndə gəldikdə, Avropanın üstünlüyü ölkələr arasındakı əməkdaşlıqdır, buna görə də peyvəndi birinci tapmaq üçün bir çox imkanları var. Müxtəlif ölkələrin tədqiqat mərkəzləri, universitetləri və şirkətləri bir-biri ilə qarşılıqlı fəaliyyət göstərir. Bundan əlavə, Avropa modeli qarışıqdır, yəni bu vəziyyətdə çox əhəmiyyətli ola biləcək ictimai və özəl komponentləri birləşdirir.

“Gəlin, sosial komponenti unutmayaq, çünki bilirik ki, tədqiqatın dəyəri Avropa istehlakçılarının hesabına ödənilməyəcək” deyə Felix Arteaga bu mübarizədə Avropa potensialını təhlil edir. İndi müxtəlif layihələr hazırlanır: İspaniyanın təklif etdiyi peyvənd daha təsirli və daha ucuz ola bilər.

Koronavirusa qarşı soyuq müharibənin qaranlıq atı, yarışın dördüncü iştirakçısıdır, Rusiya. “Vərdişli, nizamlı və intizamlı davransaq, ölkənin həyatındakı bu çətin mərhələni minimum itki ilə keçəcəyik”. Bu sözləri ömürlük hakimiyyətdə qalmaq istəyən Rusiya prezidenti Vladimir Putin deyib. Pandemiya, deyəsən onun planını pozub.

Hökümətin fəaliyyətində şəffaflığın olmaması, yalan xəbərlərə məhəbbət, Çində olduğu kimi, yoluxmuş və ölənlərin sayı ilə bağlı statistikanın “karantinə” alınmasına səbəb olur. İndiyə qədər, yoluxmuşların sayının əvəzinə, Kreml ölkənin geniş miqyaslı imkanlarını və altı vaksinin öyrənilməsini elan etməkdən çəkinmir.

Arteaga hesab edir ki, Rusiyanın tibbi tədqiqat sahəsində Çin, ABŞ və ya Avropa ilə rəqabət aparmaq üçün kifayət qədər vəsaiti yoxdur. “Lakin tibbi avadanlıq və logistika imkanları baxımından Rusiyanın böyük potensialı var” deyə ekspert bildirir.

Artıq bunu nümayiş etdirməyi bacarıb. Martın 20-də Putin yüzlərlə həkim və tibbi avadanlıqla birlikdə onlarla təyyarəni son dərəcə çətin vəziyyətdə olan İtaliyaya göndərdi.

Banos Rusiyaya daha nikbin baxaraq, son anda hər kəsi təəccübləndirə biləcəyini söylədi: “Unutma ki, həmişə savadlı elm adamları olub. SSRİ dağılanda bir çoxu Avropa və İsrailə köçdü, lakin biz hamısını ala bilmədik. ”

Peyvəndin yaradılması haqqında məlumat alındıqda, hamımız TV ekranlarının qarşısında oturacağıq – eynən bir insanın aya endiyi kimi. Elm adamları bu vacib uğura necə gəldiklərini izah edəcəklər. Ancaq şübhəsiz ki, prezidentin müraciəti bizi gözləyir. Şübhəsiz ki, bütün dünya liderləri, diktator və ya demokratlar, yata-yata tarixdə necə bir nitq söyləyəcəkləri haqda düşünürlər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*