Koronavirus Putini “məğlub etdi” – Erməni saytı Rusiya prezidentini “korrupsioner” və “xəstə” adlandırdıbackend

Koronavirus Putini "məğlub etdi" – Erməni saytı Rusiya prezidentini “korrupsioner” və "xəstə" adlandırdı

Rusiya Prezidenti Vladimir Putin koronavirus xəstəliyinini nəzərə alaraq, Qələbənin 75 illiyi ilə əlaqədar paradın təxirə salındığını söylədi. O, hazırkı şəraitdə kütləvi tədbirlərə icazə verə bilmədiyini qeyd etdi. Bundan əvvəl müharibə veteranları paradı təxirə salmaq üçün Putinə müraciət etmişdilər.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın lragir.am saytında icmalçı Akop Badalyan yazıb.

Müəllif fikirlərinə belə davam edib:

“Əslində koronavirus Putini “məğlub etdi”, onun üçün Qələbənin 75 illiyi münasibətilə keçirilən şənliklər və parad ən çətin geosiyasi vəziyyət fonunda Rusiyada hakimiyyət məsələsini həll etmək üçün ideoloji kampaniyanın əsas hərəkətinə çevrilməli idi. Rusiya prezidenti ilə cəmiyyət arasındakı təmasların əsas vasitəsi həm cari, həm də keçmiş müharibələrin hərbi-vətənpərvərlik patologiyası olaraq qalır.

Bir neçə həftə əvvəl, koronavirusun Avropada yayıldığı bir vaxtda (Rusiya statistika yayımlamaqda tələsmədi) Putin böyük xərclə parad keçirməyə çalışırdı. Ancaq Rusiyadakı vəziyyət pisləşməyə başladı və etiraf etməliyik ki, nəzarət etmək çətindir. Hər halda, Çində belə hesab edirlər.

Bu günlərdə Çin mətbuatında Rusiyanın koronavirusla təsirsiz bir şəkildə mübarizə apardığı və bu virusun yenidən Çinə dönməsinə və yeni bir infeksiya dalğasına səbəb olacağına dair yazılar meydana gəldi. Üstəlik, Rusiyada mübarizə səmərəsizliyi ehtimalı, idarəetmə sahəsində, o cümlədən səhiyyə sistemində və infrastrukturda da yüksəkdir.

Ümumiyyətlə, Moskva və bir sıra şəhərlər istisna olmaqla, Rusiyanın güclü bir səhiyyə sistemi yoxdur. Rusiya prezidenti isə artıq koronavirusun bölgələrə getdiyini elan edib.

Bütün bunlar Rusiyada yüksək neft qiymətlərinə inad edən dövlət idarəçiliyi, infrastruktur və iqtisadiyyat modernləşmədən kənarda qaldıqda korrupsiya və mənimsəmənin nəticəsidir. Ümid edək ki, Rusiya koronavirusu fəlakətli nəticələr vermədən aradan qaldıracaq.

Parad məsələsinə gəlincə, qeyri-müəyyən müddətə təxirə salındı, ancaq ehtimal olunduğu kimi, onun daha güclü təsir dairəsi olmayacaq, çünki Rusiyada və vətənpərvər ritorikanın fərqli şəkildə nəzərdən keçiriləcəyi dünyada atmosfer və ictimai psixologiya fərqli olacaqdır.

Bütün ruslara və bütün Rusiyaya can sağlığı arzulayıram, qoy onlar təkcə koronavirusdan deyil, böyük gücə sahib olma ambisiyasından sağalsın, hansı ki, bu, Rusiyanın gücünü əlindən alır, hətta bu güc fiziki cəhətdən genişlənsə də… Sağlam Rusiya həqiqətən Ermənistanın həqiqi müttəfiqi ola bilər”.

Haşiyə: Erməni icmalçının bur fikirlərindən sonra geniş şərhə eytiyac yoxdur. Onların adi vətəndaşından siyasətçisinədək – hamısının Rusiyaya böyük nifrəti var. Səbəbi isə qərbmeylli Paşinyanın hakimiyyəti “ələ keçirməsidir”. Bütün təlimatlar onun oturduğu odalardan gəlir…

Babək Göyüş                                          

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*