Koronavirus testi xətası: 43 min insandan üzr istədilərbackend

Koronavirus testi xətası: 43 min insandan üzr istədilər

İngiltərə və Uelsdə təxminən 43 min insana özəl bir laboratoriyada yanlışlıq səbəbindən koronavirus testi ilə bağlı “mənfi” cavabı verildiyi bildirilib.

KONKRET.az xəbər verir ki, Milli Səhiyyə Xidmətinin Test və Monitorinq Mərkəzi tərəfindən aparılan araşdırmalardan sonra Vulverhempton şəhərindəki bir laboratoriyada testlər dayandırılıb.

Xidmət həmin şəxslərə müraciət edərək, yenidən COVID-19 testi vermələrini istəyib. Sözügedən səhv test nəticələri müsbət olan insanlar üçün yenidən edilən testlərin cavablarının mənfi çıxması ilə müəyyən edilib.

Aiidiyyəti qurumlar baş verənlərə görə üzr istəyib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*