Koronavirus üçün dərmanlar: ÜST nə təklif edir?backend

Koronavirus üçün dərmanlar: ÜST nə təklif edir?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Həmrəylik” adlı antikoronavirus dərmanlarının qlobal sınaqını elan etdi. Alimlər sınaq üçün mövcud olan onlarla dərmanı təklif etdilər, lakin ÜST ən perspektivli dörd müalicəyə diqqət yetirməyə qərar verdi.

KONKRET.az bu barədə məlumat hazırlayıb.

Görünməmiş tədqiqat

Yeni dərmanlar hazırlamaq üçün vaxt itirməməkdən ötrü tədqiqatçılar və ictimai səhiyyə orqanları, digər xəstəliklərin müalicəsi üçün artıq təsdiqlənmiş və təhlükəsiz hesab edilən maddələri yoxlamaq qərarına gəldilər.

Təsdiqlənməmiş dərmanlar da sınaqdan keçirilir. Hansı ki, onlar bu əsrdə heyvanlarda aşkar edilən iki ölümcül sindromun (SARS – şiddətli kəskin tənəffüs sindromu, MERS – Orta Şərq tənəffüs sindromu) müalicəsi zamanı sınaqdan keçirilib.

Pandemiya fonunda etibarlı toplanan elmi məlumatlar tez bir zamanda nüfuzlu “Science” jurnalında dərc olunub. Tədqiqat metodu onlarla ölkədə minlərlə xəstəni əhatə edəcəkdir.

Koronavirusa yoluxanların 15 faizində COVID-19 xəstəliyi ciddi simptoma malikdir. Bununla birlikdə, SARS-CoV-2-ni məhv edə bilən dərman tibb işçiləri və yoluxma riski yüksək olan insanlar (yaşlılar və xroniki xəstəlikləri olan insanlar) üçün də istifadə edilə bilər.

Koronavirus peyvəndini nə vaxt gözləyək?

Dərman tapmağın əhəmiyyəti kritik xəstəxana yataqlarında olan pasiyentlərin müalicə müddətinin qısaldılması baxımından da əhəmiyyətlidir. Bildiyiniz kimi bütün ölkələrdə ağır COVID-19 olan xəstələr üçün zəruri olan mexaniki havalandırma cihazlarının çatışmazlığı var.

Ümumdünya Səhiyyə Təşkilatı ən perspektivli müalicə üsulları üçün dörd seçim etdi: eksperimental virusa qarşı dərman Remdesivir; malyariyaya qarşı dərman – Xloroxin və Hydroxychloroquine; anti-HİV dərmanlarının Lopinavir və Ritonavir qarışığı; İnterferon-beta.

Eyni zamanda, Çində anti-HİV dərmanlarının koronavirus xəstələri üzərində araşdırmasının uğursuz olduğu deyilir, lakin ÜST araşdırmanın düz olduğundan əmindir.

Qlobal Həmrəylik Tədqiqatı qızıl standart kimi tanınan texnikadan gözübağlı istifadə etmir, çünki təcrübədə iştirak edən xəstə dərman qəbul etməyinin fərqində olacaqdır.

ÜST-ün əməkdaşı Ana Maria Enao Restrepo qeyd edib ki, dərmanlar xəstələrin müalicəsi üçün kifayət qədərdir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*