Koronavirus xəstələri ictimai yerlərdə saxlanıldıbackend

Koronavirus xəstələri ictimai yerlərdə saxlanıldı

Noyabrın 22-də polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*