Koronavirus Yeni ilədək bitməyəcək – rusiyalı akademikbackend

Koronavirus Yeni ilədək bitməyəcək – rusiyalı akademik

Koronavirus pandemiyası Yeni ilədək bitməyəcək.

KONKRET.az xəbər verir ki, bu sözləri “Rusiyanın gələcəyi. Milli Layihələr” portalına yoluxucu xəstəliklər üzrə alim, epidemioloq, Rusiya Elmlər Akademiyasının akademiki, “Rospotrebnadzor”un Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktoru Viktor Maleyev deyib.

“Dünyada son iki gündə 400 min xəstəlik hadisəsi baş verib. ÜST isə hələ zirvəyə çatmadığımızı deyir. İnsanlar təyyarələrdə uçurlar, buna görə əslində Yeni il öncəsi heç nə bitməyəcək və bəlkə də mövsümi yoluxmalar olacaq” deyə Maleyev izah edib.

O, həmçinin qeyd edib ki, Moskvada “kollektiv immunitet toplanır”, buna görə də ikinci dalğa olmaya bilər, ancaq xəstəliklərin baş verməsi mümkündür.

“Payızda hansı ssenarinin olacağını təxmin etmək hələ çətindir. Mütləq yoluxmanın artması dövrü olacaq, lakin çox güman ki, kütləvi karantinlərin qarşısı alınacaq” deyib.

Ən son məlumatlara görə, dünyada, yoluxmaların sayı 14,9 milyonu keçib. Rusiyada 789 mindən çox insan xəstələnib, 12 mindən çox xəstə ölüb.

Babək Göyüş

KONKRET.az                                                                                         

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*