Koronavirusa görə marketlərdə bu qaydalar tətbiq edildibackend

Koronavirusa görə marketlərdə bu qaydalar tətbiq edildi

“Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə artıq ölkənin bir sıra marketlərinin döşəmələrində insanlar arasında 2 metrlik məsafənin saxlanılması ilə bağlı işarələr qoyulub”.

KONKRET.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Ramazan Nəbiyev bildirib.

R.Nəbiyev qeyd edib ki, marketlərin döşəmələrində işarələr qoyulsa da, qoyulmasa da, vətəndaşlar arasında 2 metrlik məsafə olmalıdır: “Buna həm vətəndaşlar, həm də sahibkarlar diqqət yetirməlidirlər”.

Onun sözlərinə görə, istehlakçılar sıxlığın az olduğu vaxtlarda alış-verişə getməlidirlər: “Kassalarda dayanarkən insanlar arasında iki metrlik məsafə mütləq şəkildə saxlanılmalıdır”.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər 72 koronavirus xəstəsi qeydə alınıb. Onlardan 10 nəfəri sağalıb, bir nəfər ölüb.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*