Koronavirusa yoluxan deputatlar harada müalicə olunur? – ERMƏNİ QƏZETİ araşdırdıbackend

Koronavirusa yoluxan deputatlar harada müalicə olunur? – ERMƏNİ QƏZETİ araşdırdı

“Koronavirusa yoluxan deputatların harada müalicə olunduğunu öyrənməyə çalışdıq, ancaq adlarını koronavirusu müalicə edən xəstəxanalar arasında tapmadıq”.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın “Qraparak” qəzeti yazıb.

“Mən də onlarla görüşmədim, yəqin ki, gəlib testdən keçiblər və özlərini evdə izolyasiya ediblər. Onlar gəncdirlər, asanlıqla öhdəsindən gələ bilərlər” deyə mənbə bildirib.

Nəşrin müxbiri parlament sədrinin müavini Alyona Simonyandan həmkarlarının harada müalicə olunduğu barədə soruşub.

“Düzünü deyim, bilmirəm. Yəqin ki, evdədirlər” deyib.

Yeri gəlmişkən, Simonyan da öskürüb və bunun səbəbini belə izah edib: “Sevinmə, bu faringitdir”.

“Ümumiyyətlə nə qədər xəstəniz var?” nəşrin müxbiri parlament aparatının rəhbəri Tiqran Qalstyandan soruşub.

“Konkret bir rəqəm deyə bilmərəm. “Mənim addımım” fraksiyasından təxminən 4 nəfər, “Çiçəklənən Ermənistan” fraksiyasından daha bir neçə nəfər var. Özüm testdən keçirdiyim insanlar haqqında cavab verə bilərəm, təxminən 10-15 nəfərdirlər. Yalnız Kristina Poqosyanda müsbət cnəticə çıxdı ”.

“İndi xəstələriniz özlərini necə hiss edirlər?” sualı isə belə cavablandırılıb:

“Kristina ilə danışdım, evdə davamlı müalicə alır, təmasda olan insanlardan işə gəlməmələrini xahiş etdik, avadanlıq aldıq, hər gün Parlamentin ərazisində dezinfeksiya aparırıq, gündə bir neçə dəfə temperaturu ölçürük.”

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*