Bir müddət əvvəl koronavirusa yoluxan tanınmış teleaparıcı Elgiz Əkbər sağalandan sonra xəstəliyi barədə danışıb.
KONKRET.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişinə geri dönən aparıcı xəstəliyi ağır keçirdiyini bildirib:
“Sağalandan sonra öyrəndim ki, bir çox vətəndaş COVİD-19-a yoluxduğunu öyrənəndə həyəcandan, stressdən ürəyi partlayıb. Əgər belə stress keçirməsəydilər bəlkə də müalicə olunub sağalacaqdılar. Mən də o insanların içində idim. Hansı ki, çox böyük həyəcan keçirdim. Mənim stressimin səbəbləri var idi, onlardan biri də gənc yaşda dayımı itirməyim oldu. O da koronavirusa tutulmuşdu, mən xəstəxanada olanda bu xəbəri eşitdim. Həkimlər psixoloq gətirdilər, iki gün söhbətlər apardı. İzah etdilər ki, bu qədər ruh düşkünlüyü olmaz və xəstəlik sənə qalib gəlməyə başlayacaq. Belə xəstələrə pis xəbərlər demək olmaz. Mən təklif edirəm ki, koronavirus xəstələrinə telefon işlətməyə icazə verməsinlər. Xəstə olanda sosial şəbəkələrdən Sabir müəllimin, Səfurə xanımın ölüm xəbərini aldım. Çox həyəcanlanırdım və boğulma yaranırdı. Sonra mənə bildirdilər ki, boğulmalarım stress yaşamaqdandır. Ondan sonra psixoloq təyin etdilər, onunla etdiyim söhbətlər, yuxu rejimimi qaydaya salmaq kömək oldu. Günün çox hissəsini yatırdım. Beləcə canımı qurtardım. Yoxsa çoxdan ölmüşdüm. Təzyiqim 180-ə qalxırdı. Ona dözmək çox çətin idi, vururdu ürəyə. İnsan bilirsiniz nə günə düşür?”
Həmin görüntüləri təqdim edirik: