Koronavirusa yoluxan erməni hərbçilərinin sayı 5 oldubackend

Koronavirusa yoluxan erməni hərbçilərinin sayı 5 oldu

Ermənistan Silahlı Qüvvələrinin daha iki əsgərində koronavirus aşkar edib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan cümə günü öz Facebook səhifəsində bildirib.

Yeni yoluxma halları əvvəlkilərlə eyni hərbi hissədə xidmət edənlər arasında aşkar edilib. Bununla da orduda yoluxanların sayı 5-ə çatıb.

“Hər iki hərbçi xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti normal olaraq qiymətləndirilir. Hər ikisi əvvəllər təcrid olunmuşdular” deyib.

Beş yoluxmuş hərbi qulluqçunun heç birində sətəlcəm yoxdur. Onlardan biri yüksək  temperatura sahibdir.

Onun sözlərinə görə, cəmi 37 hərbçi koronavirus testindən keçib. Qalan hərbi qulluqçuların test nəticələri mənfi olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*