Koronavirusdan müalicə olunan şəxsdən ŞOK AÇIQLAMALARbackend

Koronavirusdan müalicə olunan şəxsdən ŞOK AÇIQLAMALAR

Ukraynanın Çernovçı şəhərinin Aleksandr adlı sakini həyat yoldaşı ilə İtaliyaya səfərindən sonra xəstələnib. Cütlük fevralın 21-də əvvəlcə Rumıniyanın Suçava şəhərindən Berqamoya, oradan da  Komo və Milana uçub. O, koronavirusa yoluxan və sağalan ilk ukraynalı olub.

KONKRET.az xəbər verir ki, Aleksandr yoluxduğu yer və müalicənin necə getdiyi haqda “BBC News Ukrayna”ya danışıb.

İndi o və arvadı təcrid vəziyyətindədirlər: bir həftə sonra kişi başqa bir analizdən keçməlidir.

Yalnız bundan sonra tam sağaldığını söyləmək mümkün olacaq.

“Bədbəxtliyin gəldiyi haqda biz iki gündən sonra başa düşdük. 23 fevralda bir şəhərdə (adını dəqiq xatırlamıram) 16 nəfər xəstələndi. İnsanlar çaxnaşmaya düşdülər. Bütün media bu informasiyanı götürüb yaymağa başladı” deyib.

O, Suçava hava limanında daha çox həyəcanlandığını söylədi: “Gəldikdən sonra bizi əvvəlcədən xəbərdar edilən personal qarşıladı. Onlar təhlükəli zonadan gəldiyimizi bilirdilər. Orada heç bir şey hazır deyildi. İnsanlar yalnız bu terminala gedirdilər. Bilmirəm, təxminən 200 m2 ölçüdə bir sahə var idi və biz təyyarənin 100 nəfərdən çox bütün sərnişinləri temperaturun yoxlanılması üçün 20 dəqiqə gözlədik. Sonra haradan yoluxa biləcəyimi soruşduqda, ilk düşüncəm – hava limanı oldu, çünki orada həqiqətən təhlükəli idi”.

Cütlüyn temperaturu yoxlanılıb, hər şey normal olub. Sonra hava limanının yaxınlığında park edilən maşınlara mindiriblər və sərhədə yola düşüblər. Orada da temperaturu iki dəfə yoxlayıblar. Hər şey normada olub.

Aleksandr və həyat yoldaşı işə getməmək üçün bir neçə gün evdə qalmaq qərarına gəliblər.

“Və prinsipcə evdə qalmaq qərarı doğru idi. Çünki 28 fevralda temperaturum yüksəlməyə başladı. Əvvəlcə özümü zəif hiss etdim. Temperaturu ölçdüm – 37.1. Nahar vaxtı – 37.4. Axşam vəziyyət pisləşdi – temperatur 37.9-a yüksəldi. Parasetamol içməyə başladım. Artıq bir təhlükənin olduğu anlamına gəldim” deyib.

Fevralın 29-da temperatur qalxanda Aleksandr ailə həkimi çağırdı və İtaliyada olduğunu dedi.

“Daha sonra nə etməliyik? 103 nömrəsinə zəng edirik. Təcili yardım maşını yarım saatdan sonra gəldi. Hamısı qoruyucu geyimdəydi. Xəstəxanaya yerləşdirildim. Məni yoluxucu otağa yerləşdirdilər. Sınaq üçün analiz götürdülər” deyib.

Martın 3-də o, koronavirusa yoluxduğunu öyrəndi.

Və həmin gün evdə buraxdığı həyat yoldaşı üçün narahat olmağa başladı.  Həkimlər qadında xəstəliyin əlamətlərinin olmadığını dedilər, amma analiz götürməyə söz verdilər. Biz evə gələndə qonşular artıq evin qarşısında etiraz edirdilər. Etirazlar səbəbindən qadın simptomlar olmadan xəstəxanaya yerləşdirilib.

“Fevralın 29-u xəstəxanaya yerləşdirildikdə, əvvəlcə qızdırma və boğaz ağrısı keçirdim, sonra testimin nəticəsi 3 martda bəlli oldu, pnevmoniyaya tutulmuşdum. Vəziyyətim pisləşdi” deyə Aleksandr çox soyuq otaqda yatdığını əlavə edir.

Ancaq o, etiraf edir ki, getdikcə xəstəxanada qalma şəraiti yaxşılaşdı.

“Əvvəlcə heç bir şey yox idi, qəbula hazır deyildilər. Gündə bir dəfə ailəm mənə yemək gətirirdi. Bir sözlə yemək yaxşı idi. Ümumiyyətlə, mən 20 gün infeksiya şöbəsində qaldım. İki həftə sonra hər şey yoluna düşdü. Artıq evə buraxılmağımı gözləyirdim.

Bütün dərmanların 70% -ni öz hesabımıza aldıq. Bir həftədən sonra vəziyyət yaxşılaşdı. Tədricən klinika məni dərmanlarla təmin etdi. Sonda bir az xırda şeylər aldıq.

… Bilirsiniz, həkimlərə və bütün tibb işçilərinə sonsuz minnətdaram. İşlərinə və qayğısına görə. Hər gün etdikləri üçün. Artıq onlarla dost olmuşuq. Mən evə gedəndə gözlərində sevinc göz yaşları gördüm. Çünki hər şeyə baxmayaraq öz işlərini layiqincə yerinə yetirdilər. Məni ayağa qaldırdıqlarına görə minnətdaram.

Həqiqətən bizi dəstəkləyənlər qohumlar və dostlar oldu … İlk olmaq həmişə qorxulu olur. Ancaq sevinirəm ki, artıq hər şey geridə qalıb”. Aleksandr bunları xatırlayıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*