Koronavirusdan ölüm şansınızı hesablaya bilən bir sayt yaradıldıbackend

Koronavirusdan ölüm şansınızı hesablaya bilən bir sayt yaradıldı

İnternetdə Covid-19-dan ölüm şansını hesablayan “Corona Donete Panic” saytı populyarlıq qazanır. Hesablamalar üçün istifadəçi haqqında əsas məlumatları daxil etməlisiniz.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki,  sayt cinsini, yaşını, istifadəçinin yaşadığı ölkəni və səndə ən çox rast gəlinən xroniki xəstəlikləri soruşur.

Sonra nəticə verir və hətta onu təsadüfən ölmək, yaş döşəmədə sürüşmək və ya digər səbəblərdən ölmək ehtimalı ilə müqayisə edir.

Sayt rəsmi məlumatlara əsaslanır: ÜST və Çin hakimiyyət orqanlarının hesabatları, 55.924 laboratoriya tərəfindən təsdiqlənmiş xəstəlik hallarına dair dəlillər əlavə edilib.

Buna baxmayaraq, yaradıcılar Corona Donnot Panic layihəsini ciddi bir şey kimi hesab etmirlər.

“Bu sayt koronavirus ətrafındakı çaxnaşmaya qarşı çıxır. Kimsə müəyyən bir təhlükədən ölmək şansınızı bilmir, amma lütfən tualet kağızı almağı dayandırın”. Xidmətin təsvirində belə yazılıb.

Sayt müəllifləri qeyd edirlər ki, nəticələr qeyri-dəqiq ola bilər, çünki onlar müxtəlif səbəblərdən ölənlərin sayına əsaslanan arifmetik orta nisbətə əsaslanır.

Əvvəllər elm adamları hansı qan qrupunun koronavirusa daha həssas olduğunu aşkar ediblər.

Bunun üçün Uxan və Şenjen xəstəxanalarından olan iki mindən çox yoluxmuş xəstənin test nümunələrini müayinə ediblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*