“Koronavirusdan qorxmuram” dedi və türbəni yaladı – VİDEObackend

“Koronavirusdan qorxmuram" dedi və türbəni yaladı - VİDEO

İranın müqəddəs Qum şəhərində yerləşən Fatıma-ı Məsumə türbəsində ziyarətgahı yalayan, koronavirusun yayılması xəbərdarlığına əməl etməyən iki nəfər həbs və cəza riskilə üz-üzə qalıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin video görüntülərdə bir nəfər  “Xəstəliyim var, bu türbəni yalamaq üçün gəldim” deyib.

Hadisədən sonra iranlı millət vəkili Həsən Novrozi belə hadisənin 2 aydan 2 ilə qədər həbs və ya 75 dəfə qamçı ilə cəzalandıracağını açıqlayıb.

Ziyarətçiləri koronavirusdan qorumaq üçün türbələr dezinfeksiya edilir.

İran rəsmiləri dünən təsdiqləyib ki, koronavirus səbəbindən bu günə qədər 77 nəfər ölüb, ölkədə 2336 nəfər yoluxub. İran Təcili Yardım Mərkəzinin əməkdaşı Pir Hüseyn Kolivendin də koronavirusa tutulduğu açıqlanıb.

Gül Qədirli

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*