Koronavirusdan sonra 3-cü dünya müharibəsi başlayacaq? – Politoloqdan açıqlamabackend

Koronavirusdan sonra 3-cü dünya müharibəsi başlayacaq? - Politoloqdan açıqlama 

Koronavirusa görə dünyada vəziyyət gərgin olaraq qalır. Bəzi insanlar pandemiyadan sonra 3-cü dünya müharibəsinin başlayacağı ilə bağlı fikirlər səsləndirirlər.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu KONKRET.az-a açıqlama verib.

O, pandemiyanın dünya iqtisadiyyatına və sosial vəziyyətə kifayət qədər zərbə vurduğunu deyib:

“Amma pandemiyadan öncə dünyada vəziyyət necə idisə, bu gün də elədir. Yəni nə çox gərginləşib, nə də çox yumşalıb. Münaqişələr, problemlər və böyük dövlətlər arasında fikir ayrılıqları hələ də qalmaqdadır. Pandemiyadan sonra bu münasibətlər yenidən korlana, yeni resurslar uğrunda mübarizə gərginləşə bilər. Bu, o demək deyil ki, 3-cü dünya müharibəsi olacaq. Əlbəttə təhlükələr çoxdur”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri nüvə dövlətlərinin, kiçik münaqişələrin sayının artdığını bildirib:

“Əlbəttə, bunlar böyük problemlərdir, amma bu problemlərin 3-cü dünya müharibəsinə səbəb olacağına inanmıram”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*