Koronavirusu inkar edən Berdiməhəmmədov maska ilə it gəzdirdi – FOTOLARbackend

Koronavirusu inkar edən Berdiməhəmmədov maska ilə it gəzdirdi – FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistanın TDX Dövlət İnformasiya Agentliyi prezident Qurbanqulu Berdiməhəmmədovun tətili haqqında material hazırlayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, iyulun 15-də prezident ölkənin göllərindən birində balıq tutub, iyulun 21-də isə itlə gəzib.

İyulun 29-u səhər Berdiməhəmmədov Kopetdağın ətəklərində velosipedlə yürüş edib.

Nəşrin yazdığına görə, velosiped yolu əfsanəvi Yanardağda Axal-Teke heykəlinin yanından keçib.

Prezident velosipedlə Axal-Teke atçılıq kompleksinə gəlib, Qarlavaç atını yüyənləyib və onunla birlikdə kompleksin ətrafını gəzib.

“Gəzintinin sonunda Prezident atı tövləyə gətirib, ondan yüyəni çıxarıb, yeməyə ot, içməyə su verib. Sonra Qurbanqulu Berdiməhəmmədov at üçün xüsusi yemək hazırlayıb” deyə qəzet yazıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*