Kosmik mərkəzdən 40 min tibbi maska oğurlandıbackend

Kosmik mərkəzdən 40 min tibbi maska oğurlandı

Fransa Qvianasındakı Kuru kosmik mərkəzində işçilərin ehtiyacları üçün saxlanılan 40 min tibbi maska oğurlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Guyaweb” nəşri məlumat yayıb.

Oğurluq barədə məlumatı Fransanın dənizaşırı departamentinin inzibati mərkəzi olan Kayennanın prokurorluğu da təsdiqləyib. Hazırda cinayət işi Kuru polisi tərəfindən araşdırılır.

Fransa KİV-nin məlumatına görə, Fransa Qvianasında 27 nəfər koronavirusa yoluxub. Fransada isə toplamda 22 304 yoluxma hadisəsi təsdiqlənib, 1100 nəfər virusdan ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*