Kosovanın Baş naziri ABŞ-da Serbiya ilə danışıqlardan imtina etdibackend

Kosovanın Baş naziri ABŞ-da Serbiya ilə danışıqlardan imtina etdi

Öz müstəqilliyini elan edən Kosovo respublikasının baş naziri Avdulah Xoti iyunun 27-də ABŞ-da Serbiya rəhbərliyi ilə danışıqlardan imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Xoti özünün Twitter səhifəsində yazıb.

“Priştinadakı vəziyyətin inkişafı ilə əlaqədar olaraq, xüsusi prokurorluğun ittihamları nəticəsində vəziyyətlə tanış olmaq üçün ölkəmə qayıtmalıyam” deyib.

Bir müddət əvvəl Haaqada Kosovadakı cinayətlər üzrə beynəlxalq məhkəmənin xüsusi prokurorluğu, 1998-1999-cu illərdə özünü elan etmiş respublika prezidenti Haşim Taçiyə müharibə cinayətlərinə görə ittiham irəli sürmüşdü. Bundan sonra Taçi iyunun 27-də Vaşinqtona səfərini ləğv edib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*