Kosovonun baş naziri Albin Kurti bildirib ki, Serbiya təhlükəsizlik qüvvələri onun ölkəsinə silahlı sücuma hazırlıq görür.
KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, rəsmi Belqrad dərhal Kosovo rəsmisinin ittihamlarına cavab verib və bunu qeyri ciddi bəyanat alandırıb.
Xatırladaq ki, Kosovo baş naziri mətbuat konfransında bildirib ki, sentyabrda baş verən qarşıdurmada iştirakını etiraf edən yüksək səviyyəli Kosovo serb siyasətçisi Milan Radojcic növbəti hücumlar planlaşdırır: “O, indi ölkəmizdə digər hücumlara hazırlaşmaqda davam edir. O, Serb məxfi xidməti BİA-nın yüksək vəzifəli rəsmiləri ilə müntəzəm görüşlər keçirir”, – deyə Kurti bildirib.
Öz növbəsində, Serbiya hökumətinin Kosovodakı missiyasının rəhbəri Petar Petkoviç baş nazirin bəyanatının təxribat xarakterli olduğunu bildirib: “Belqradın hücuma hazırlaşması tamamilə yalandır” Yeri gəlmişkən, sentyabrın 24-də 80 silahlı serb sərhəd yaxınlığındakı Banjska kəndində Kosovo polisinə hücum edərək üç nəfəri öldürüb. Kosovo prokurorları Radoycic və Serbiyada gizləndiyi güman edilən daha 30 nəfərin həbsinə order verib.
Vəli Həsənov,
KONKRET.az