Kosovoda Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin (KFOR) Macarıstandan olan 20-dən çox hərbçisi respublikada yaşayan serblərlə toqquşmada yaralanıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovnitski bildirib.
Onun sözlərinə görə, qarşıdurma zamanı bir neçə ölkədən olan hərbçilər yaralanıb, onların arasında 20-dən çox macar əsgəri də var.
Nazir bildirib ki, onlardan yeddisi ağır yaralanıb, lakin vəziyyətləri stabildir.
O, həmçinin vurğulayıb ki, Macarıstandan olan hərbçilər Kosovonun Zveçan kəndində KFOR sülhməramlı missiyasının tərkibində xidmət edir.
Salay-Bobrovnitski hadisə ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Kosovonun şimalında minlərlə yerli serb etiraz etmək üçün küçələrə çıxıb. Onlar NATO qüvvələrinin bölgəni tərk etməsini tələb ediblər. Serblərlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda azı 75 nəfər xəsarət alıb.
İqbal Rzayev,
KONKRET.az