Kral Çarlzdan Ukrayna gedişi: Trampa məsləhət, Putinə təzyiq, Zelenskiyə isə ..backend

Kral Çarlzdan Ukrayna gedişi: Trampa məsləhət, Putinə təzyiq, Zelenskiyə isə ..

Politico yazır ki, Britaniya rəsmiləri baş nazir Kir Starmer və onun ali köməkçilərinin Donald Trampı Putinə təzyiqi artırmağa razı salmaq üçün yeni cəhdlər edəcəyinə ümid bəsləyir. Rəsmi gündəliyə salınmasa da, bu mövzunun səfər zamanı müzakirə olunacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, nəşrin məlumatına görə, Kral Çarlz atəşkəs danışıqlarının detalları ilə yaxından tanışdır və Ukrayna prezidenti ilə birbaşa əlaqədədir.

“Bu, baş nazirə digər Avropa liderlərinin çoxunda olmayan bir üstünlük verir: Kiyevə rəğbət bəsləyən, sakit, amma ardıcıl şəkildə dəstəyini göstərən monarx. O, ABŞ-da mövcud skeptisizmin aradan qaldırılmasına da töhfə verməyə hazırdır”, — deyə məqalədə bildirilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*