Kraliçanın qəsri üzərindən uçuş qadağan ediləcəkbackend

Kraliçanın qəsri üzərindən uçuş qadağan ediləcək

Britaniya kraliçası II Yelizavetanın mühafizəsi ilə əlaqədar olaraq Vindzor qəsrinin ərazisi tezliklə uçuşa qadağan zonaya çevriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.

Məlumata görə, buna səbəb kraliçanın ailəsi ilə birgə Milad bayramını qeyd etdiyi zaman onun iqamətgahına daxil olmaq istəyən silahlı şəxslə bağlı yaranan insidentdir.

Bu il yanvarın 27-dən etibarən Böyük Britaniya kraliçası II Yelizavetanın 762 metr hündürlükdə yerləşən rəsmi iqamətgahı üzərində təyyarə və dronların uçuşu qadağan ediləcək. Böyük Britaniyanın Mülki Aviasiya İdarəsi belə bir qadağanın tətbiqinin ictimai maraqlara uyğun olduğunu bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*